Cənub qütbündə baş verən epidemiyadan sonra aparılan araşdırmalar zamanı məlum olub ki, koronavirusdan fərqli olaraq, "hantavirus" çox yavaş mutasiya gücünə sahibdir.
Stopnarkotik.az "AzPolitika"ya istinadla xəbər verir ki, "MV Hondius” kruiz laynerində yoluxmuş 6 sərnişindən götürülmüş genetik material, əvvəllər Argentinada müşahidə edilən "And hantavirus" variantı ilə demək olar ki, tamamilə uyğun gəlir.
Mütəxəssislərin fikrincə, "koronavirus"dan fərqli olaraq, hantavirus olduqca yavaş mutasiya edir. Buna görə də, illər əvvəl aşkarlanan və bu gün müşahidə edilən hallar arasında heç bir əhəmiyyətli genetik fərq yoxdur.
Hantavirus adətən vəhşi gəmiricilərdən insanlara ötürülür. Ev siçovulları bu virusun adi daşıyıcısı deyil və risk daha çox kənd yerlərində, dağləq ərazilərdə və ya ucqar fermalarda vəhşi siçovullarla təmasdan yaranır. İnsanlar adətən bu heyvanların tullantıları ilə çirklənmiş havanı nəfəs alaraq yoluxurlar.
Məlumatda "hantavirus"un "Ebola" və quş qripi kimi heyvanlardan insanlara keçən xəstəliklər siyahısının bir hissəsi olduğu xatırladılır.
İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, ürəkbulanma və yorğunluq daxildir. Bəzi hallarda infeksiya ağır ağciyər sindromuna çevrilə bilər.
ÜST-ə görə, simptomlar son təmasdan 42 günə qədər görünə bilər. Buna görə də, təmasda olan şəxslər uzun müddət izlənilir.