Rusiyanın Tver vilayətində istintaq komitəsi və prokurorluq narkotikin təsiri altında işləyən və sevgilisinə hücum etdiyi iddia edilən diş həkimi ilə bağlı məlumatları araşdıracaq.
Stopnarkotik.az xəbər verir ki, istintaq araşdırması vilayət prokurorunun tələbi ilə başladılıb.
O cümlədən, vətəndaşın müracətinə baxmayaraq, axtarış keçirməkdən imtina edən polis əməkdaşlarının hərəkətlərinə, və tibbi yardım göstərilən zaman qanunlara riayət olunmamasına da hüquqi qiymət veriləcək.
Hazırda istintaqçılar hadisənin şəraitini müəyyən etmək üçün araşdırma aparırlar.
MƏLƏK
Stopnarkotik.az