Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
Ermənistan mətbuatı Ş.Mustafayevin erməni dilində sərbəst danışdığını və 40 ildən sonra yenidən Ermənistana getdiyini yazıb.
Həmçinin daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, Ş.Mustafayevin uşaqlığı Noyemberyan şəhəri yaxınlığındakı Cucevan kəndində keçib. O, həmin kəndin məktəbində işləyən müəllim Yeğişe Petrosyan və dostları ilə oyunlar oynayıb.
Petrosyan Şahin Mustafayevin 1979-cu ildə ağacın gövdəsinə həkk etdiyi bir yazının şəklini çəkib. O zaman 14 yaşı olan Ş.Mustafayev ağaca öz adını erməni hərfləri ilə həkk edib və onu erməni dilində səsləndiyi kimi - "Şaqen" olaraq yazıb. /"unikal"