Rusiyaya qarşı 900 min hərbçi – Alman deputat çağırış etdi

Rusiyanın Ukraynada dayanmayacağını düşünən Qərb ölkələri təşvişə düşüb.

Stopnarkotik.az "azpolitika"ya sitinadən xəbər verir ki, artıq Almaniyada yüz minlərlə əsgərin orduya cəlb edilməsi müzakirə ediliməyə başlanılıb. Yaşıllar və Azad Demokratlar Partiyasından olan deputat, Bundestaqın Müdafiə Komitəsinin sədri Marie-Agnes Ştrak-Zimmermann Moskvanın tammiqyaslı müharibə vəziyyətində olduğunu iddia edib və şərqdən gələn yeni təhlükənin qarşısını almaq üçün addımlar atmalı olduqlarını bildirib.

O, Almaniya hökumətinə ehtiyatda olan 900 min hərbçini Ruisyaya qarşı döyüşmək üçün qeydiyyata almaqla bağlı çağırış edib.

Rusiya Prezidenti Vladimir Putinin öz xalqını müharibəyə hazırladığını bildirən alman rəsmi sözlərinə belə davam edib:“O, xalqını Qərbə qarşı mövqeləndirir. Ona görə də tez bir zamanda özümüzü müdafiə etməyə hazır olmalıyıq. Rusiyanın Almaniyaya hücumu artıq başlayıb. Bura kiberhücumlar və qaçqın böhranı kimi manipulyasiyalar daxildir. Putin qalib gəlsə, başqa ölkələri hədəfə alacaq”