Rusiyanın bu vilayətinə PUA hücumu: ölənlər və yaralananlar var - YENİLƏNİB

Ukraynanın Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.

Bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

***10:29

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.

Stopnarkotik xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, "Aqro-Belqorye" donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

Məlumata görə, xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Vurğulanıb ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq:

“Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”.