Rusiya XİN Kremlə hücumla bağlı bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi Moskva Kremlinə qarşı terror aktı cəhdi ilə bağlı bəyanat yayıb.

Stopnarkotik.az gazeta.ru-ya istinadən xəbər verir  ki, bəyanatda mayın 3-nə keçən gecə Moskva Kremlinə qarşı pilotsuz uçuş aparatlarının köməyi ilə törədilmiş terror aktlarına cəhdlər qətiyyətlə pislənilib.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin terror və təxribat fəaliyyəti görünməmiş şəkildə vüsət alır:

"Onların arxasında mülki infrastruktura və dinc əhaliyə qarşı terror üsullarından istifadəni uzun müddət və şüurlu şəkildə dəstəkləyən Kiyev rejiminin dayandığı şübhəsizdir. 8 oktyabr 2022-ci ildə Krım körpüsünün partladılması, Bryansk, Belqorod və Rostov vilayətlərində qeyri-hərbi hədəflərə hücumlar, çoxsaylı təxribatlar. İndi Moskva.  Bu cinayətin ağırlığını Moskva Kremlinin Rusiya dövlətinin başçısının iqamətgahı olması daha da dərinləşdirir. Rusiya prezidentinin həyatına 9 May Qələbə Paradı ərəfəsində sui-qəsdin olması isə neonasist Ukrayna hakimiyyətinin hərəkətlərinin xüsusi həyasızlığını göstərir".