Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) bölməsi kimi tanınan “Friendly Bear” haker qrupu Kiyevdəki xarici səfirliklərin kompüterlərinə işlənmiş BMW markalı avtomobilin satışı elanı ilə müdaxilə etməyə cəhd edib.
Bu barədə “Röyter” agentliyi “PaloAltoNetworks”qrupunun hesabatına istinadla məlumat yayıb.
Sənədə görə, “Dost Ayı” 2023-cü ilin aprelində BMW-sini Kiyevdə satmaq istəyən polşalı diplomatın məktubunu ələ keçirib. Hakerlər avtomobilin fotoşəkilləri olan albomun altında cihazlara uzaqdan giriş imkanı verən virusu yerləşdiriblər. Onlar həmçinin maşının qiymətini aşağı yazıblar ki, mümkün qədər çox insan zərərli faylı yükləyə bilsin. Virusun olduğu məktub hakerlər tərəfindən Kiyevdə fəaliyyət göstərən 80 səfirliyin ən azı 22-nə göndərilib.
Yalnız ABŞ Dövlət Departamenti “Röyter”in sorğusuna cavab verib. Bildiriblər ki, onlar bu fəaliyyətdən xəbərdardırlar və kiber hücumun Amerika sistemlərinə və hesablarına təsir etmədiyini öyrəniblər. Qalan ölkələr isə vəziyyəti şərh etməyiblə. Ona görə də səfirliklərindəki kompüterlərin sındırılıb-sındırılmadığı məlum deyil.
ABŞ və Britaniya kəşfiyyat agentlikləri 2021-ci ildə “Friendly Bear” haker qrupunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin bir qolu kimi müəyyənləşdirib. Qrupun NATO, Avropa İttifaqı və Afrikaya qarşı geniş miqyaslı kəşfiyyat kampaniyası apardığı bildirilir.
Polşalı diplomat məktubun əslini göndərdiyini təsdiqləyib, lakin təhlükəsizlik səbəbi ilə adını açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, indi o, BMW-ni Polşada satmağa çalışacaq, çünki dahaproblem istəmir./azpolitika.info