"Qanunsuz mərc oyunları ilə bağlı bir müddət əvvəl aidiyyatı dövlət qurumlarına müraciət olunub".
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
"Yəqinki yaxın vaxtlarda onların fəaliyyəti məhdudlaşdırılacaq", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, deputat Rüfət Quliyev sosial şəbəkələrdə qanunsuz mərc oyunlarının reklamının getdiyini bildirmişdi.