Putin KTMT-də erməni nümayəndəni vəzifəsindən azad etdi

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikayel Ağasandyan vəzifəsindən azad edilib. 

Bu barədə Rusiya Prezidenti Vladimir Putin qərar verib. 

Bildirilib ki, Vladimir Putin erməni etnik qrupunun nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib. 

Qeyd edək ki, Ermənistan hökuməti KTMT-də fəaliyyətini dondurduğunu bildirib.