Polşa "Vaqner"ə görə şərqdə ordu yerləşdirdi

Vaqner PMC-nin Belarusa gəlməsi ilə əlaqədar ölkə şərq sərhədinə iki hərbi briqada yerləşdirib.

Stopnarkotik.az unikal.az - a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak Polşa televiziyasına müsahibəsində bildirib.

“Biz şərqdə baş verən təhlükələrdən xəbərdarıq. Bilirik ki, "Vaqner" qrupu Belarusa köçürülüb. Bununla əlaqədar olaraq, biz qərbdən gələn texnika ilə birlikdə hərbi hissələrin yenidən yerləşdirilməsi ilə Polşanın şərqini gücləndirmişik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, briqadalardan biri Kolnoda, ikincisi isə Belaya Podlyaskada yerləşdirilib.

Bundan əvvəl Baş Nazir Aparatının dövlət katibi, Polşa Kəşfiyyat Xidmətinin koordinatorunun müavini Stanislav Jarin bildirmişdi ki, “Vaqner PMC” qırıcılarının birinci qrupu artıq Belarusa gəlib, onların sayı bir neçə yüz ola bilər . Jarin vurğulayıb ki, Polşa kəşfiyyat xidmətləri Belarus ərazisinə nə qədər rus PMC qırıcısının düşəcəyini öyrənmək üçün vəziyyəti izləyir.