Türkiyənin İzmir şəhərində keçirilən əməliyyatda külli miqdarda narkotik müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, ölkənin Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə İdarəsi və Respublika Prokurorluğu, eləcə də İzmir Vilayət Polis İdarəsinin Narkotik və Kəşfiyyat Şöbəsi Müdirlikləri birgə iri miqyasda narkotik əməliyyatı keçiriblər. Əməliyyat nəticəsində İzmirin Torbalı rayonunda bir nəqliyyat vasitəsində aparılan axtarış nəticəsində 1 ton 346,5 kq skuns marixuana və 57.000 narkotik həbi müsadirə edilib, 1 şübhəli saxlanılıb.
Stopnarkotik.az