Hollandiyanın paytaxtı Amsterdamda şəhər mərkəzindəki küçələrdə narkotik istifadəsi qadağan olundu.
Stopnarkotik.az xəbər verir ki, bu gündən etibarən qüvvəyə minən qadağaya əməl etməyənlər 100 avro məbləğində cərimə ediləcək.
İctimai məkanlarda narkotik istifasdəsinə qadağa turistlərin ən çox ziyarət etdiyi "Red Light District", Dam Meydanı, Damrak və Nieuwmarktda tətbiq ediləcək.
Narkotik istifadə edənlərə polis yaxud bələdiyyə əməkdaşları tərəfindən bir dəfə xəbərdarlıq ediləcək, xəbərdarlığa rəğmən istifadəyə davam edənlər 100 avro cərimə ediləcək.
Küçədə narkotik istifadəsinə qadağa sadəcə turistlərə deyil, bu ərazidə yaşayanlara da aid ediləcək.
Stopnarkotik.az