Ötən gün aşkarlanan narkotiklərlə bağlı RƏSMİ AÇIQLAMA

Yanvarın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə, həmçinin 31 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.