İrakli Kobaxidze: "Biz narkotik satışına qarşı barışmaz olmalıyıq, istifadənin isə..."

Gürcüstanda narkotik siyasətinin sərtləşdirilməsinə dair düzəlişlər layihəsinə yenidən baxılmalıdır. Stopnarkotik.az xəbər verir ki, baş nazir İrakli Kobaxidze bildirib.

"Bu qanun layihəsinə müxtəlif istiqamətlər üzrə yenidən baxılmalıdır, amma prinsip belədir: biz satışa barışmaz, sərt olmalıyıq. İstehlakçılara gəlincə, onlara profilaktik şəkidə qayğı göstərilməlidir, yəni istifadəyə qədər əks-tədbirlər görülməldir, baxmayaraq ki, orada da konkret sanksiyalar tətbiq edilməlidir ki, bu insanları narkotik vasitələrdən istifadə etməkdən çəkindirsin", deyə baş nazir açıqlama verib.

Onun sözlərinə görə, dövlət humanist qalmalıdır və istifadənin qarşısının alınmasına diqqət yetirməlidır, lakin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mümkün qədər sərt olmalıdır. 

Stopnarkotik.az