Nigeriya höküməti “Meta” şirkətini 220 milyon dollar cərimələdi

Nigeriya hakimiyyəti Amerikanın “Meta” şirkətini şəxsi məlumatlardan istifadə qaydalarını pozduğuna görə 220 milyon dollar cərimələyib.

“Nairametrics” portalı xəbər verir ki, bu barədə Respublika Rəqabət və İstehlakçı Komissiyasının baş direktoru vəzifəsini icra edən Adamu Abdullahi Abucada keçirilən brifinqdə bildirib.

Abdullahinin sözlərinə görə, “Meta” həm də ayrı-seçkilik və bazardakı dominant mövqeyindən sui-istifadə edib.

Nigeriyanın bir neçə dövlət qurumunun iştirak etdiyi araşdırma 2021-ci ilin mayından 2023-cü ilin dekabrına qədər aparılıb.