Naxçıvanda 14 tona yaxın çətənə bitkisi məhv edilib - FOTOLAR

Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, ümumi çəkisi 14 tona yaxın olan 522447 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"Bundan sonra da bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək", - deyə açıqlamada vurğulanır.

Stopnarkotik.az