Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi - FOTO

Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb.

Stopnarkotik.az xəbər verir ki, axtarışda olan, atasına məxsus “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub.

Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib.