Narkomafiyanın “anbardarı” olan qadın ələ keçdi – EVİNDƏ KÜLLİ MİQDARDA NARKOTİK AŞKARLANDI

Vilyuçinskdə Kamçatka diyarında 28 yaşlı qadının sintetik narkotiklərin paylanmasını təşkil etdiyinə görə həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, polislər onun evində və Petropavlovskdakı kirayə mənzillərində 5 kiloqramdan çox qanunsuz maddə aşkar edib və ümumilikdə 7,1 kiloqram ələ keçirib. Məlum olub ki, qadın narkotikləri Moskva və Sankt-Peterburqdan bir neçə bağlamada alıb.

Müstəntiqlərin sözlərinə görə, o, mütəşəkkil qrupun üzvü olub, narkotikləri saxlayan və paylayan "anbardar" kimi çalışıb. O, işinin qarşılığında kriptovalyutada (Bitcoin və Litecoin) ödəniş alıb və sonra onları rubla dəyişdirib. Bu yolla o, 1,2 milyon rubldan çox pul yuyub.

Qadına qarşı narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması da daxil olmaqla, bir neçə maddə üzrə, cinayət işləri açılıb. Hazırda istintaqı davam edir.

MƏLƏK

Stopnarkotik.az