Müsadirə edilmiş ev, torpaq və maşınlar satışa çıxarılır – QİYMƏTLƏR

İyun ayının 11-də xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq.

Stopnarkotik.az xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar arasında mənzil, telefon, avtomobillər və torpaq sahəsi var. 

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 7a, mənzil 3 ünvanında yerləşən 61 kvadrat metr sahəsi olan mənzil 262 min manat start qiyməti ilə satışa çıxarılacaq. Bundan başqa, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 3-cü küçə, 22 ünvanında yerləşən 12 sot həyətyanı torpaq sahəsi də 38,5 min manat start qiyməti ilə satılacaq.

Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yerində yerləşən “Land Rover Range Rover” markalı minik avtomobili 42 min manat qiymətilə, “BMW 740I” markalı minik avtomobili 17 min 250 manat start qiymətilə hərraca çıxarılır. Hərracda iştirak etmək üçün öncədən ödənilməli olan beh 10% təşkil edir.