Qırğızıstanda qarışıq döyüş sənətləri (MMA) üzrə idmançı Medet Jeenaliyev iki uşağı xilas edərkən faciəvi şəkildə həyatını itirib.
Stopnarkotik.az Oxu.az-a istinadla xəbər verir ki, dəhşətli hadisə İssık-Kul gölünün şimal sahilində qeydə alınıb.
Çimərliklərin birində güclü külək və nəhəng dalğalar iki məktəbli qızı sahildən uzaqlaşdırmağa başlayıb. Boğulan qızların köməyinə dərhal üç kişi, o cümlədən peşəkar MMA döyüşçüsü Jeenaliyev atılıb.
Yeniyetmələri sudan sağ çıxarmaq mümkün olsa da, Medet özü dalğaların arasından xilas ola bilməyib.
İdmançının cəsədi xilasedicilər tərəfindən tapılıb. Bu gün Medet Jeenaliyevin nəşi dəfn olunmaq üçün Narin şəhərinə aparılıb.