Bakıda məktəbdə şagirdlər arasında dava - VİDEO / YENİLƏNİB

Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı iki IX sinif şagirdi arasında münaqişə baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə271 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.

Qeyd olunub ki, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyiblər:

"Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb".

"Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət ediliblər, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.

Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.

Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.

Hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.

Təhsil müəssisəsindən əldə etdiyimiz məlumata görə, N.A. adlı şagird, demək olar ki, hər gün məktəblilərə fiziki şiddət göstərir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Qeyd edək ki, ötən ilin əvvəlində (2025-ci ilin fevral ayında) də sözügedən məktəbdə şagirdlər arasında insident görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu./oxu.az