MƏŞHUR MAFİYA LİDERİ SAXLANILDI – Piko narkoticarətlə yanaşı, bir çox səs-küylü qətllər səbəbindən axtarılırdı / VİDEO

Ekvadorda uzun zamandır axtarışda olan nüfuzlu “Los Lobos” mafiyasının lideri Fabrizio Kolon Piko saxlanılıb.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, Piko bu ilin yanvar ayında həbsxanadan qaçıb. Həmin tarixdən sonra Ekvadorda genişmiqyaslı xüsusi əməliyyatlar keçirilib, lakin mafiya liderini ələ keçirmək mümkün olmayıb.

Qeyd edək ki, Pikonun rəhbəri olduğu “Los Lobos” mafiyası narkotik ticarəti ilə məşğul olmaqla yanaşı, bir çox səs-küylü qətllər səbəbindən terror təşkilatı kimi tanınır.

Bəzi mənbələr iddia edir ki, Fabrizio Kolon Piko saxlanılmazdan əvvəl həyatını xilas etmək müqabilində təslim olmağın əleyhinə olmadığı ilə bağlı Ekvador səlahiyyətliləri ilə əlaqə saxlayıb, hətta prezident Noboaya yazılı müraciət də edib. Məhz bu informasiya yayıldıqdan az sonra o, ələ keçib. Bu baxımdan, mafiya liderinin öz yerini rəsmilərə bildirdiyi iddia olunur.

Stopnarkotik.az