Türkiyənin Burdur şəhərində polis əməliyyatı zamanı narkotik aşkarlanıb, hadisə zamanı saxlanılan 4 şübhəlidən 1-i həbs edilib.
Burdur şəhərinin Gölhisar rayon prokurolluğun rəhbərliyi və polis idarəsinin əməkdaşları Çavdır rayonunda əməliyyat keçiriblər. Əməliyyat zamanı 10.455 gram marixuana və 6 çətənə kolu aşkarlanıb. Hadisə ilə bağlı M.U və A.U haqqında ‘‘ Narkotik alma və satma‘‘, S.U haqqında ‘‘İstifadə etmək uçun narkotik almaq və saxlamaq‘‘, E.U haqqında ‘‘Qanunsuz əkin‘‘ cinayətlərinə görə iş açılıb. Şuphəlilərdən S.U həbs olunub, digər şəxslər isə buraxılıb.
Mələk
Stopnarkotik.az