Narkotik vasitələrin zərərləri barədə yeniyetmə və gəncləri məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 11 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbirdə çıxış edərək cəmiyyət üçün təhlükə mənbəyi olan narkomaniyanın fəsadlarından, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb, eləcə “ağ ölüm”ün zərərləri ilə bağlı təhsil müəssisələrində keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra mövzu ətrafında şagirdlərin sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.
Stopnarkotik.az