Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.
Stopnarkotik.az oxu.az-a istiandən xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.
***15:44
Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.
Stopnarkotik.az "qafqazinfo"ya istinadən xəbər verir ki, partlayış otaqların birində baş verib.
Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.