Məhkəmə 13 yaşlı qızı qaçıran 44 yaşlı kişi ilə bağlı qərar verdi - YENİLƏNİB

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki,  Xaçmaz Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Səfər Kavazov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***13:03

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılır. 

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq. 

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə. Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb.

Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb.