Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib.
Bu barədə "Mash" telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, qardaşların ikisi də zərərsizləşdirilib.
Məlumata görə, oğlu hücumda iştirak edən Maqomed Ömərov istefa məktubu yazıb.
Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib.
Son məlumata görə, törədilən terror aktları zamanı 15-dən çox polis əməkdaşı və iki mülki şəxs həlak olub.
Daha 25 nəfər yaralanıb.