İyunun 15-i saat 08:45-də Ermənistan silahlı qüvvələri terror-təxribat əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə hərbi qulluqçumuz, gizir Elşən Rüstəmov güllə yaraları alıb.
Stopnarkotik.az bildirir ki, Real TV təxribat nəticəsində yaralanan gizir Elşən Rüstəmova müalicə aldığı xəstəxanada baş çəkib.
“Çox şükür, hər şey qaydasındadır. Sol ayaqdan yaralanmışam. Gündəlik fəaliyyətimiz olaraq üçrəngli bayrağımızı öz ərazimizdə dalğalandırarkən düşmən tərəfi növbəti təxribata əl atdı, bizi atəşə tutmağa başladı və bu zaman biz silahsız idik.
Düşmən tərəfi təxribatı törədərkən biz tez bir şəkildə mövqeləndik və bu zaman mən ayağımdan yaralandım. Heyətimizin peşəkarlığı sayəsində mənə ilkin tibbi yardım göstərildi və mən o ərazidən təxliyə edildim, düşmən tərəfi cavab atəşi ilə susduruldu” ,- deyə E.Rüstəmov bildirib.
Daha ətraflı videomaterialda: