“Kəpəz”in bıçaqlanan futbolçusunun vəziyyəti necədir? - AÇIQLAMA

"Gəncədə bıçaqlanan "Kəpəz"in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur".

Stopnarkotik.az xəbər verir ki, bu barəd klubun mətbuat xidmətindən açıqlama verilib.

"Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur", - deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.