KİV: Trampın seçki qərargahlarında təhlükəsizlik tədbirləri gücləndirilib

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsddən sonra onun seçki qərargahlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə “Washington Post” məlumat yayıb.

Trampın məsləhətçiləri Kris LaSivita və Syuzi Uayls tərəfindən yayılan yazılı müraciətdə deyilir:

“Biz silahlı təhlükəsizliyi gücləndiririk, polisin yerdə 24 saat mövcud olmasını təmin edirik. Əlavə təhlükəsizlik tədbirləri də tətbiq olunacaq”.

Onlar həmçinin işçilərə, xüsusən Vaşinqton və Florida ştatının Vest Palm Biç şəhərlərində müəyyən ofislərə baş çəkməməyi tövsiyə ediblər.