İsveçdə çətənədən eko-istilik izolyasiya panelləri hazırlandı

Çətənə qida vasitəsi olmaqla yanaşı həm də ekoloji tikinti materialı kimi əlverişli maddədir. Söhbət bu bitkinin liflərindən gedir.

Belə ki, çətənə məhsulları üzrə ixtisaslaşmış İsveç şirkəti olan "A ecolution", böyük tikinti layihəsində bu bitkidən hazırlanmış ən böyük  çətənə lifli istilik izolyasiya panelləri tədarük edir.

Stopnarkotik.az xəbər verir ki, bu panellər Stokholmun şimalında, Balstada NREP kompaniyası tərəfindən inşa edilən yüksək texnologiyalı logistika mərkəzində istifadə olunur. Beynəlxalq Çətənə Tikinti Assosiasiyasının (IHBA) direktoru Stiv Allin bildirib ki, bu, dünyada çətənə liflərindən hazırlanmış izolyasiya materialının istifadə edildiyi ən böyük binadır.

Çətənə istilik izolyasiyası İsveçin bir neçə aparıcı logistika şirkətinin enerjinin paylamanması əməliyyatlarını dəstəkləyəcək ən müasir günəş enerjisi infrastrukturuna uyğunlaşdırılıb.

“Ekolution” şirkətinin baş direktoru və təsisçisi Remi Loren bildirib ki, layihənin ətraf mühitə təsiri dərhal nəzərə çarpır və bu, bir çox müasir logistika komplekslərindən birincisi olacaq. 126.000 m² sənaye ərazisində yerləşən 20.000 m²-lik kompleks, bütün istifadə dövrü ərzində dünyada 100% karbon neytrallığına çatmış ilk logistika binası olacaq. Beynəlxalq Çətənə Tikinti Assosiasiyasının direktoru Tiv Allin deyir ki, layihə dünyada çətənə izolyasiyasından istifadə edən ən böyük binadır. 15 metr hündürlüyündə binanın divarları və damı üçün çətənə əsaslı tikinti materialları kimi 2 m x 15 m panel şəklində 8000 m³ çətənə lifi istifadə edilib.

Stopnarkotik.az

**

**