İsrailə uçuşlar ləğv olunub, 100 min nəfər geri qayıda bilmir

Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğvi səbəbindən bu ölkənin azı 100 min vətəndaşının vətəninə qayıtmaq imkanı yoxdur.

Bu barədə İsrailin “12-ci Telekanalı” məlumat yayıb.

Telekanalın aviasiya sənayesindəki mənbələri yerli hava limanlarında İsrailə uçuşlara keçid üçün Yunanıstana və ya Kiprə getmələrinin tövsiyə olunduğunu bildirib. Ölkənin milli aviadaşıyıcısı El Al İsrailə müntəzəm uçuşlar həyata keçirməyə davam edir və vətəndaşların geri qayıtmalarına kömək etmək üçün cədvəlinə beş əlavə reys əlavə edəcək.

İsrailin Xarici İşlər Nazirliyi, insanların yerlərini bildirə biləcəyi və ölkəyə qayıtmaq üçün əlavə tövsiyələr ala biləcəyi xüsusi bir onlayn xidmətə başlayıb. İsrailin “The Times of Israel” qəzetinin məlumatına görə, azı 18 beynəlxalq aviaşirkət Təl-Əvivə uçuşları ləğv edib./report