İsrail ordusu HAMAS-ın liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərəkatın Xan Yunis şəhərindəki hərbi qanadının lideri Rafiya Salamu Qəzza zolağına endirilən zərbə nəticəsində zərərsizləşdirilib.
Ordunun mətbuat xidmətinin bəyanatında deyilir ki, Salamu 7 oktyabr qırğınının təşkilatçılarından biri olub.
***17:45
İsrail ordusu HAMAS-ın Xan Yunisdəki silahlı qanadının lideri Əl-Deif hərəkatının hərbi lideri Salamaunun məhv olunduğunu təsdiqləyib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.