İrandakı fars rejimi "sağ əli" olan "Hizbullah" vasitəsilə silah qaçaqmalçılığı mexanizmi qurub və qeyri-leqal silah ticarəti həyata keçirir.
Stopnarkotik.az-ın məlumatına əsasən, İsrail kəşfiyyatının qeyri-rəsmi ruporu “İntelli Times”-ın araşdırması göstərir ki, ölkənin Yerixon bölgəsindəki son hücumlar silsiləsi SEPAH-ın tərkibindəki "Qüds Gücü"nün "Fələstin Departamenti" tərəfindən "Hizbullah" və yerli tərəfdaşları ilə birgə idarə olunan cinayət qaçaqmalçılıq mexanizmi yaradır, silahları İsrail ərazisinə göndərir. Həmin silahların bəzilərinin İraq və Suriyadakı qərbyönlü qüvvələrə təhvil verilən və sonradan şiə döyüşçülərin və qeyri-qanuni silah ticarətinin əlinə keçən kiçik silahlar olduğu müəyyən edilib.
Son illərdə İsrail sərhədlərindən qaçaqmalçılıq yolu ilə keçirilən yüngül silahların bəziləri ehtimal ki, Qərbdə istehsal edilmiş və İŞİD-ə qarşı mübarizə zamanı kürdlər və digər qərbyönlü qüvvələrə ötürülən hərbi sursatlardr (tapança və tüfəng). Bu yardım həmçinin İraq (Mosul və Ərbil) və Suriya (İdlib) arenasında müşahidə edilən və Amerika brendi olan “Delta Defence Group” (DDG) tərəfindən istehsal olunan silahlarla eyniləşdirilir. Şirkətin loqosunda ABŞ Ordusunun xüsusi təyinatlı qüvvələrinin "Delta Force" simvolundan istifadə edilir, modellərin özləri heç bir tanınacaq identifikasiyaya malik deyil, amma həmin silahlar regionda bir neçə ölkədə istehsal olunan "Glock 19", "Cherokee Compact C5" və "M4" kimi silah və silahların təqlid versiyalarına oxşayır.
Bu təfərrüatlar bir neçə ay əvəl İsrail ordusunun əsgəri öldürülən zaman ortaya çıxdı. Belə ki, hadisənin araşdırılması əsnasında əsgər İlan Qanelsin qətlində istifadə edilən silahın həmin silahlardan biri olduğu, ilk dəfə 2019-cu ildə İraqın Ərbil və Mosulda istifadə edilən və sonradan qara bazara yaxud İraqdakı şiə döyüşçülərə sızdırılan sirli "DDG" şirkətinin "Cherokee Compact C5" modeli olduğu ortaya çıxır. Böyük ehtimalla həmin silahlar “qara bazar”a ötürüldü yaxud “İraqdakı şiə döyüşçülərin çətir təşkilatı” qüvvələri tərəfindən ələ keçirildi. Ardınca isə bu yolla Livan sərhədində də "Qüds Gücü"nün "müqavimətə hərbi dəstək bölmələri" vasitəsilə "1800-cü birlik", "Əbu Cihad birliyi" və "Hizbullah" təşkilatının cinayət mexanizmi ilə Livanın cənubundakı sərhəddən və ya İordaniya ilə sərhəddən İsrailə daşınıb.
İsrail qanunsuz narkotik və narkotik qaçaqmalçılığı probleminə yaxşı bələddir, lakin İordaniya sərhədi elə bir şəkildə pozulur ki, qaçaqmalçılığın qarşısını tam almaq mümkün olmur. Bu mübarizə ŞABAK, Tsaxal, İsrail Polisi və Sərhəd İdarəsinin (YGL) döyüşçüləri arasında qarılıqlı əməkdaşlıq çərçivəsində aparılır.
Bir neçə ay əvvəl Zareyit yaxınlığında Livan sərhədindən narkotik qaçaqmalçılığının qarşısı alındıqdan sonra “İntelli Times” məlumat verdi ki, İranın “Qüds Qüvvələri”nin Livandakı “Fələstin bölməsi”nin rəhbəri “Səid İzadi” İudeya və Samariyada “kriminal mexanizm” qurub. Kriminal meanizmə "Həcc Xəlil Harev" başçılıq edir, hansı ki, bu şəxs "Hizbullah"ın "1800" adlı bölməsinin keçmiş yüksək rütbəli üzvü, terrorçuluğu dəstəkləmək məqsədilə "Bassem Əbu Cihad" kimi tanınan fələstinli ortağıyla birgə İsrail ərazisinə narkotik və silah qaçaqmalçılığı reallaşdırır.
Qeyd edək ki, Tsaxal "Hizbullah"ın Suriyanın cənubunda, İordaniya və İsraillə sərhəd-keçid məntəqəsi yaxınlığında "cinayət məntəqəsi" qurduğunu, onun vasitəsilə Suriya ordusunun 4-cü briqadasının köməyi ilə “qaçaqmal oxu”nu idarə etdiyini, bu məsələdə PUA-lardan istifadə olunduğunu iddia etdi. Güman olunur ki, "Hizbullah" bu məntəqədən narkotik və silah qaçaqmalçılığını idarə edir. Bu narkotik daşınma mərkəzinə İordaniyaya gedən və gələn Fələstin və Bədəvi qaçaqmalçılıq şəbəkəsini, İsrail sərhədində və oradan Beyt Şean vadisindən Yerixoya enən 90-cı şossedə yerləşən bir sıra yaşayış məntəqələrini- Ölü dəniz, o cümlədən Aqbat Caber, Oja-a-Tatta və Zubidati da aid etmək olar. Bu məntəqələrin yaxınlığında silah qaçaqmalçılığı son bir ildə aşkarlanıb. İordaniyalıların fikrincə, silah qaçaqmalçılarının ödənişi Suriyada istehsal olunan narkotiklər sayəsində edilir.
Stopnarkotik.az