İranda seçki məntəqələrinin işi prezident seçkisində səsvermə ilə əlaqədar üçüncü dəfə uzadılıb.
Bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
"Ölkənin daxili işlər nazirinin (Əhməd Vahidinin) razılığı ilə ölkə üzrə seçki məntəqələrinin iş saatları bu dəfə saat 00:00-a (Bakı vaxtı ilə 01:30) qədər uzadılıb", - Eslami bildirib.
Səsvermə vaxtı artıq iki dəfə, əvvəl yerli vaxtla saat 18:00-dan 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılıb. Üçüncü uzadılma çox güman ki, sonuncu olacaq və bundan sonra səslərin hesablanması başlayacaq. İyunun 28-də keçirilən birinci turda da müddət üç dəfə uzadılıb və seçki məntəqələri yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə 01:30) bağlanıb.
Mənbə: IRIB