Daha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək

Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə müqavilə imzalayıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, idmançımızın dünyanın ən böyük oktaqonunda ilk çıxışının məhz Bakıda təşkil olunacaq möhtəşəm turnirdə baş tutacağı gözlənilir.

Bununla da UFC-də azərbaycanlı döyüşçülərimizin sayı dördə yüksəlib.

Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.