500 manatlıq əskinaslar dövriyyəyə buraxılacaq? - BAŞ BANKİRDƏN CAVAB

Azərbaycanda yeni nominalda əskinasların dövriyyəyə buraxılması 2030-cu ilə qədər proqnozlaşdırılmır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Mərkəzi Bankda keçirilən mətbuat konfransında modern.az-ın sualını cavablandırarkən bankın İdarə Heyətinin sədri Taleh Kazımov açıqlama verib.

O qeyd edib ki, mövcud proqnozlara əsasən, yeni əskinasların, xüsusilə 500 manatlıq əskinasın dövriyyəyə buraxılması planlaşdırılmır.