Ukraynanın təhlükəsizlik xidməti İrana qaçaqmalçılıq yolu ilə turbofan mühərrikləri keçirmək ittihamı ilə iki nəfəri həbs edib.
Stopnarkotik.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, iki iş adamı Ukraynanın “Motorsich” aviaşirkətinin iki D-36 turbofan mühərrikini qanunsuz olaraq ələ keçirib. Onlar bu mühərrikləri 400 min dollar müqabilində İrana satmaq üçün anlaşıblar.
Qeyd edək ki, D-36 turbofan mühərriki Antonov 72 və 74 kimi nəqliyyat təyyarələrində istifadə olunur. Ukraynanın təhlükəsizlik xidməti bu şəxslərin son bir il ərzində İrana Qərb silahlarının satışı kimi başqa əməliyyatlar da həyata keçirdiyini ehtimal edir.
Bundan əvvəl Ukraynanın “Motorsich” şirkətinin rəhbəri Vyaçeslav Boquslaev bu şirkətin istehsal etdiyi 10 mühərriki İrana satdığı üçün həbs edilib.
Stopnarkotik.az