İnterpolun insan alverinə görə axtardığı azərbaycanlı Türkiyə sərhədində tutuldu

İnterpol tərəfindən axtarılan azərbaycanlı Türkiyə sərhədində saxlanılıb.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, İğdır polisi daxil olan məlumat əsasında Türkiyə-Naxçıvan yolunda əməliyyat keçirərək bir avtomobili saxlayıblar.

Yoxlama zamanı insan alveri, fahişəliyə cəlbetmə və fahişəlik təşkil etmək ittihamları ilə barəsində 43 il 3 ay 10 gün həbs qərarı verilən, İnterpol tərəfindən axtarışda olan azərbaycanlı N.S. saxlanılıb. O, məhkəmə qərarı ilə tutularaq həbsxanaya yerləşdirilib.