Amerikalı sahibkar İlon Mask Ramzan Kadırova "Tesla Cybertruck" elektrik avtomobili vermədiyini deyib.
Stopnarkotik.az xəbər verir ki, daha əvvəl Çeçenistan rəhbəri Maskın ona verdiyi iddia edilən avtomobillə bağlı "Kadyrov_95" Telegram kanalında video yayımlanıb.
O, qeyd edib ki, elektrik avtomobili hərbi məqsədlər üçün istifadə oluna bilər və Rusiya ordusuna göndəriləcək.
Çeçenistan liderinin sözlərinə görə, ona belə bir hədiyyəni İlon Mask verib:
"İlon Maska səmimi təşəkkürümü bildirirəm! Bu, əlbəttə ki, zəmanəmizin ən güclü dahisidir və mütəxəssisdir. Böyük insan! Cybertruck güclü layihə oldu. Şübhəsiz ki, dünyanın ən yaxşı avtomobillərindən biridir. Mən bu maşına aşiq oldum, təşəkkür edirəm, Qroznıya gəl, səni ən əziz qonağım kimi qəbul edəcəyəm!".
Bu gün X sosial şəbəkəsində jurnalist Set Abramsonun Kadırov və onun yeni avtomobili ilə bağlı paylaşımlarından birinin altında İlon Mask "Cybertruck"u Çeçenistan rəhbərinə verməsi barədə məlumatı təkzib edib.
“Rus generalına Cybertruck verdiyimi düşünəcək qədər axmaqsınız?... Bu, ənənəvi medianın necə yalan danışdığına daha bir misaldır”, – Musk yazıb.
Qeyd edək ki, "Tesla"nın elektrikli avtomobili Cybertruck 2023-cü ilin noyabrında bazara təqdim edilib./Bizim.Media