Avstriyalı iş adamı Riçard Luqner 91 yaşında Vyanadakı malikanəsində vəfat edib.
"Euronews" xəbər verir ki, tikinti maqnatı altı dəfə evlənib. Onun sonuncu toyu iyun ayında baş tutub. Luqner 42 yaşlı xanımla ailə qurub.
Sahibkar Avstriya prezident seçkisində iki dəfə müstəqil namizəd kimi iştirak edib (1998 və 2016-cı illərdə). O, ilk cəhdində 10 faizindən bir qədər az səs toplayaraq beş namizəd arasında dördüncü olub. İkinci cəhdində isə Luqner cəmi 2.26% səs qazanıb.
Daha sonra o, parlament seçkisində yarışıb, yalnız 1.02% səs toplayaraq Avstriya Milli Assambleyasında yer qazana bilməyib.
Tikinti maqnatının dörd övladı var. Onun böyük oğlu 61 yaşındadır. Luqnerin sərvəti 200 milyon dollar dəyərində qiymətləndirilir.