İranın keçmiş prezidenti Həsən Ruhani Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub.
Bu barədə İran İslam Şurası Məclisinin üzvü Nəsrullah Pecmanfər məlumat verib.
Onun sözlərinə görə, Həsən Ruhaniyə qarşı 700 min şikayət var və iş prokurorluğa göndərilib.
Məsələnin tezliklə araşdırılacağı, məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri, həbs və ya digər tədbir seçəcəyi gözlənilir.
Həsən Ruhani birja və valyuta bazarına müdaxilədə ittiham olunur.