Türkiyənin Aydın şəhərinin Efeler rayonunda sintetik narkotik istehsal edən anbara əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat zamanı çoxlu miqdarda xammal və istehsal avadanlığı müsadirə edilib.
Əldə edilən məlumata görə, Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi birgə əməliyyat çərçivəsində Tepecik məhəlləsindəki bir anbara basqın edilib. Axtarış zamanı sintetik narkotik istehsalında istifadə edildiyi güman edilən çoxlu miqdarda material müsadirə edilib.
Müsadirə edilən əşyalar arasında 271 kiloqram 860 qram xammal, 92.000 ədəd sintetik narkotik, 875.000 boş kapsul və bir kapsul doldurma maşını, həmçinin istehsal prosesində istifadə edilən müxtəlif cihazlar da müsadirə edilib. Müsadirə edilən xammalın təxminən 1.400.000 ədəd sintetik narkotik istehsal etmək üçün kifayət olduğu bildirilib. Üç şübhəli tutularaq nəzarətə alınıb. Polis bölməsindəki prosedurlardan sonra şübhəlilər məhkəməyə göndərilib və məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndəriliblər.
Stopnarkotik.az