Polis əməliyyatda 240 kiloqram narkotik ələ keçirdi/VİDEO

Türkiyənin Van bölgəsində polis qrupları tərəfindən keçirilən əməliyyatlarda ümumilikdə 240 kiloqram narkotik maddə müsadirə edilib və 4-ü xarici vətəndaş olan 5 şübhəli saxlanılıb.

Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Van vilayət polis idarəsinin Narkotik Cinayətləri və Kəşfiyyat Şöbələri Narkotik Cinayətləri İdarəsi və Baş Prokurorluqla koordinasiyalı şəkildə narkotik maddələri hədəf alan eyni vaxtda bir neçə əməliyyat həyata keçirilib.

Çoxsaylı narkotik maddə müsadirə edilib

Əməliyyatlar nəticəsində 94,82 kiloqram metamfetamin, 79,1 kiloqram skuns və 66,6 kiloqram toz halında kannabis müsadirə edilib. Əməliyyatlarda ümumilikdə 240 kiloqram narkotik maddə müsadirə edildiyi bildirilib. Əməliyyatlar çərçivəsində 4-ü xarici vətəndaş olan 5 şübhəli narkotik satıcısı tutularaq nəzarətə alınıb.

Stopnarkotik.az