Həcc ziyarəti zamanı müəmmalı hadisə: 14 zəvvar öldü, 17 nəfər yoxa çıxdı / YENİLƏNİB

İordaniyanın Xarici İşlər və Əcnəbilərlə İş üzrə Nazirliyin Əməliyyatlar və konsulluq idarəsi Həcc ziyarətinə gedən 14 təbəənin öldüyünü, 17 nəfərin isə yoxa çıxdığını təsdiqləyib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyatlar və konsulluq idarəsinin rəisi səfir Sufyan Əl-Qüdə bildirib ki, ölən 14 zəvvarın cənazələrinin daşınması prosedurunun başlaması üçün Səudiyyə Ərəbistanı ilə təmasdadır. Eyni zamanda, itkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

Ölümün təfərrüatları və səbəbləri açıqlanmır, lakin əvvəllər altı təbəənin istilər nəticəsində öldüyü bildirilirdi.

***17:05

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb.

Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların nəşilərinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparılır.

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər./report