Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov əməliyyat olunub.
Stopnarkotik.az teleqraf.com-a istinadən xəbər verir ki, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyat keçirib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə məlumatı təsdiqləyib.
O bildirib ki, müvəkkili əməliyyatdan sonra Pentensiar Xidmətin Müalicə müəsisəsinə yerləşdirilib:
“Nizami Məmmədov xəstəxanada anjoqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.