Hava limanında qadının baqajından 21 kiloqram narkotik aşkarlandı

Mayın 30-da Almatı hava limanında xarici vətəndaşın baqajından təxminən 21 kiloqram marixuana aşkarlanıb.

Hadisə Qazaxıstanın Almatı şəhərində yerləşən beynəlxalq hava limanında qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, hava limanında aparılan yoxlama zamanı qadın sərnişinin baqajında bitki mənşəli maddə tapılıb. İlkin araşdırmalar maddənin marixuana olduğunu göstərib.

Rəsmi məlumata görə, tapılan narkotik vasitənin ümumi çəkisi təxminən 21 kiloqram olub.

Qadın hadisə yerində saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır. 

**

**

**

Mələk

Stopnarkotik.az