Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə tərkibi Natiq İmamcanovun 3 il həbs cəzasına məhkum edilməklə məhkəmə zalından həbs, Afiq Hacıəliyevin 14 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Dövlət ittihamçısı təqsirləndirilənlər Afiq Hacıəliyevin 18 il, 6 ay, Natiq İmamcanovun 4 il azadlıqdan məhrum edilməsini və onun zaldan həbs olunmasını məhkəmədən istəmişdi.
Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə boğazından bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olub. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.