Gürcüstan hökuməti Yuxarı Lars gömrük-keçid məntəqəsində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan gələn avtomobillərin ölkəyə girişini müvəqqəti dayandırıb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi “Facebook” səhifəsində məlumat yayıb.
Yuxarı Lars məntəqəsi Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə keçid məntəqəsidir. Hökumətin qərarına əsasən avtomobillər üçün yeni keçidlərin tikintisi məqsədilə mayın 5-dən keçidlər müvəqqəti olaraq dayandırılacaq. Nazirlik Gürcüstana avtomobillə getmək istəyən turistlərə yük daşımaları üçün nəzərdə tutulan keçidlərdən keçməyi tövsiyə edib.
Eyni zamanda, Maliyyə Nazirliyinin mətbuat xidməti məhdudiyyətlərin piyadalara şamil olunmadığını da vurğulayıb.