Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib.

Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "X"dəki hesabında yazıb.

“Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər aparılır. Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq”, - Prezident qeyd edib.

Qeyd edək ki, Tbilisidə etiraz aksiyası keçirilir. İştirakçılar daha əvvəl parlament binasını mühasirəyə almağa çalışıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlara yürüş etməyə imkan verməyib və kordonu yarmağa çalışıblar. Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.